“Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola “Jirona”nın İspaniya La Liqasındakı liderliyini şərh edib.
Arena.az “City Xtra” dərgisinə istinadən “Pep”in bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Məsələ “Jirona”nın turnir cədvəlinin başında olmasında deyil, axı elə də çox oyun keçirilməyiblər. Ən təsirlisi, komandanın oyun tərzidir. Onlar hər oyunda rəqibindən daha yaxşı görünürlər, daha çox imkan yaradırlar, cəlbedici futbol oynayırlar. Ümidvaram, onlar eyni ruhda davam edəcəklər”, deyə Qvardiola fərəhlə bildirib.
Xatırladaq ki, bu gün, sentyabrın 30-da 8-ci turun mərkəzi görüşü çərçivəsində İspaniya nəhəngi “Real” “Jirona”nın qonağı olacaq.
Hazırda “Kral klubu” 7 oyundan 18 xalla 3-cü pillədə qərarlaşıb. “Jirona” isə 7 oyundan 19 xal toplayıb və 2-ci pillədə yer alıb. Hər iki komanda oyun ərəfəsində potensial lider statusundadır, belə ki, 8 oyundan 20 xal toplamış “Barselona” La Liqanın lideri olsa da, mərkəzi görüşdə qələbə qazancaq tərəflərdən biri, kataloniyalıları liderlikdən məhrum edə bilər.


