DÇ-2024-ün elit-raundunda Qazaxıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi bu gündən təlim-məşq toplanışına başlayacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Futzal yığmamız oktyabrın 6-da Bakıda, 5 gün sonra isə Astanada Qazaxıstan seçmə komandası ilə qarşılaşacaq. Artıq millimizin bu oyunlar üçün heyəti də açıqlanıb. Baş məşqçi Vitali Borisov 14 oyunçuya dəvət göndərib.
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan);
Oyunçular: Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe”, Qazaxıstan), Everton Kardoso “Qallo” (“Manzanares”, İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi “Anderlext”, Belçika), Murad Quluzadə (“Baku Fire”), Maneka (“A Studio Futsal Nyiredhaza”, Macarıstan), Qabriel Bastos (“Doukas”, Yunanıstan).
Xatırladaq ki, Azərbaycan millisi DÇ-2024-ün elit-raun mərhələsində sentyabrın 15-də səfərdə Rumıniya yığması ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub. Bundan 5 gün sonra isə komandamız Bakıda Niderland yığmasına 6:1 hesabıyla qalib gəlib. Əvvəlki hər iki oyunundan qalib ayrılmış Qazaxıstan yığması isə qrup lideridir.


