Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Latviya yığmasına qarşı keçirəcəyi yoxlama oyunları üçün ilkin heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, millimiz beynəlxalq yoldaşlıq qarşılaşmaları çərçivəsində Latviya ilə iki oyun keçirəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Azərbaycan millisi iyulun 14-də və 17-də Latviya yığması ilə qarşılaşacaq.
Millimiz bu oyunlara hazırlıq məqəsədilə iyulun 9-dan 12-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Bakı toplanışından sonra Latviyaya gedəcək yekun heyət müəyyənləşəcək.
Azərbaycan millisinin hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Aytac Şərifova – Trabzonspor (Türkiyə)
2. Günay İsmayılova – Amedspor (Türkiyə)
3. Aytac Feyzullayeva – Şırnak Belediyesi Nuhspor (Türkiyə)
4. Göknur Güleryüz – Fənərbaxça (Türkiyə)
5. Nigar Mirzəliyeva – Zenit (Rusiya)
6. Kamilla Məmmədova – Kayseri (Türkiyə)
7. Nərgiz Hacıyeva – Trabzonspor (Türkiyə)
8. Manə Mollayeva – 8-İOEUGiM
9. Ayşən Əhmədova – PAOK (Yunanıstan)
10. Kristina Bakarandze – Qalatasaray (Türkiyə)
11. Diana Məmmədova – Yenisey (Rusiya)
12. Sona Rəhimova – Amedspor (Türkiyə)
13. Coşqunə Əliyeva – Kayseri (Türkiyə)
14. Vüsalə Hacıyeva – Amedspor (Türkiyə)
15. Vüsalə Seyfəddinova – Amedspor (Türkiyə)
16. Firəngiz Teymurova – 8-İOEUGiM
17. Yeliz Acar – Fatih Vətən (Türkiyə)
18. Peritan Bozdağ – Fatih Vətən (Türkiyə)
19. Alina Dorofeyeva – Yenisey (Rusiya)
20. Sevinc Cəfərzadə – Krasnodar (Rusiya)
21. Nazlıcan Parlak – Fənərbaxça (Türkiyə)
22. Bilge Su Koyun – Fatih Vətən (Türkiyə)
23. Milana Rəhimova – Şırnak Belediyesi Nuhspor (Türkiyə)
24. Fidan Cəfərova – Xırdalan Siti
25. Aysun Seydiyeva – 8-İOEUGiM


