La Liqa: “Real”dan “Osasuna”ya 4 cavabsız qol

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Malyorka” – “Valensiya” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun vuruluğu “Sevilya” – “Rayo Valyekano” matçında da qalib müəyyənləşməyib. “Kadis” evdə “Jirona”ya minimal hesabla məğlub olub.

Madrid “Real”ı isə doğma meydanda “Osasuna”nı 4 cavabsız qolla məğlub edib.

9-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İspaniya, La Liqa
9-cu tur
6 oktyabr

Atletik – Almeriya 3:0
Qollar: Quruseta, 10. D.Qarsiya, 63. Sanset, 81.

7 oktyabr

Kadis – Jirona 0:1
Qol: A.Qarsiya, 59.

Real – Osasuna 4:0
Qollar: Bellingem, 9; 54. Vinisius, 65. Xoselu, 70.

Malyorka – Valensiya 1:1
Qollar: D.Rodriqes, 5 – D.Lopes, 45+3.

Sevilya – Rayo Valyekano 2:2
Qollar: Sou, 50. Ən-Nəsiri, 90+6 – Valentin, 21. A.Qarsiya, 26.

8 oktyabr

16:00. Vilyarreal – Las Palmas
18:15. Atletiko – Real Sosyedad
20:30. Alaves – Betis
20:30. Selta – Xetafe
23:00. Qranada – Barselona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: