“Molde” doğma meydanda “Bodo Qlimt”ə uduzdu

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Molde” Norveç çempionatında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda 24-cü tur çərçivəsində doğma meydanda “Bodo Qlimt”lə üz-üzə gəlib.

“Qarabağ”ın rəqibi bu oyunda məğlubiyyətə üzülüb – 1:3. Meydan sahiblərinin heyətində yeganə qolu Maqnus Qrödem vurub.

“Molde” bu mövsüm keçirdiyi 24 oyunda 44 xal qazanıb və 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ilk matçını məhz Norveç klubuna qarşı keçirib və Bakıdakı oyunda 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı ikinci matç noyabrın 30-da Norveçdə baş tutacaq.

“Qarabağ”ın yer aldığı H qrupunda “Hakken” (İsveç) və “Bayer” (Almaniya) də var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: