Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi növbəti iki oyunun məkanı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
UEFA Millətlər Liqasının C qrupunda yer alan millimizin oktyabrın 27-də səfərdə Farer adaları yığmasına qarşı keçirəcəyi oyun Klaksvik şəhərindəki “Djupumyru” stadionunda baş tutacaq.
Ayın 31-də Monteneqro millisinə qarşı matç isə Mərdəkandakı “Dalğa Arena”da təşkil olunacaq.
Azərbaycan millisinin növbəti iki oyununun proqramı və təyinatları ilə sizi də tanış edirik:
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
Farer adaları – Azərbaycan
Baş hakim: Jelena Jermolayeva
Baş hakimin köməkçiləri: Liga Didrike, Diana Vanaqa
Dördüncü hakim: Darja Voytehoviça
(Hakimlər briqadası Latviyadandır).
27 oktyabr. Klaksvik. “Djupumyru” stadionu. Saat 17:00.
Azərbaycan – Monteneqro
Baş hakim: Anastasiya Romanyuk
Baş hakimin köməkçiləri: Aleksandra Vdovina, İrina Petrova
Dördüncü hakim: Kristina Kozoroq
(Hakimlər briqadası Ukraynadandır).
31 oktyabr. “Dalğa Arena”. Saat 16:00.


