Nikolo Facoli qeyri-qanuni mərc qoyuluşları etdiyini etiraf etdi

“Yuventus”un yarımmüdafiəçisi Nikolo Facoli müstəntiqlərə futbol oyunlarında qeyri-qanuni mərc etdiyini etiraf edib.

Arena.az bu barədə “Corriere della Sera” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Facoliyə verilən cəzanı yüngülləşdirmək üçün vəkilləri onun heç vaxt çıxış etdiyi komandaların oyunlarına mərc qoyuluşları etmədiyini vurğulayırlar. Vəkillər həmçinin bildirirlər ki, futbolçunun oyun aludəliyi var. Bu səbəbdən o, gənc yaşlarından fəal surətdə poker oynamağa başlayıb.

İstintaq Facolinin qeyri-qanuni mərc oyunlarında iştirakını təsdiqləsə, Nikolo 3 il və ya daha çox müddətə diskvalifikasiya ilə üzləşəcək. Bu cəzaya 25 min avro məbləğdən başlayaraq pul cəriməsi də əlavə edilə bilər.

Xatırladaq ki, futbolçunun qeyri-qanuni mərc platformalarında mərc etməsi barədə daha əvvəl məlumat yayılmışdı. Bu, Facolinin və bir çox digərlərinin profillərinə giriş əldə edə bilmiş müstəntiqlər tərəfindən təsdiqlənib.

Elə, bu arada “Yuventus”un mətbuat xidməti “X” sosial şəbəkəsində yarımmüdafiəçisi qanunsuz mərc etməkdə şübhəli bilinməsindən sonra klub rəhbərliyinin bu barədə dərhal Federal Prokurorluğa məlumat vermək qərarına gəldiyini açıqlayıb:

“Yuventus”a komandanın oyunçusu Nikolo Facoli tərəfindən ehtimal edilən mərc xəbərini alan kimi dərhal və çevikliklə Federal Prokurorluqla əlaqə saxlamaq qərara alındı”, – klub bəyanatında deyilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: