Cabir Əmirli Türkiyədə əməliyyat olundu

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail”in sağ cinah müdafiəçisi Cabir Əmirli əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı müdafiəçi Türkiyədə əməliyyat olunub. Sağ ayağından əməliyyat keçirən futbolçunun bərpa müddəti açıqlanmır.

Xatırladaq ki, Cabir Əmirli 2021-ci ilin iyul ayından paytaxt klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 matçda meydana çıxıb. Əmirlinin “Səbail” karyerası bütövlükdə 75 oyun, 1 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Cabir daha öncə “Şamaxı”, “Sumqayıt”, “Neftçi” kimi klubların da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: