Nikolo Facoli qanunsuz mərcə görə aldığı cəzadan danışdı

“Yuventus”un yarımmüdafiəçisi Nikolo Facoli qanunsuz mərc qoyuluşlarına görə aldığı 7 aylıq diskvalifikasiyasından danışıb.

Arena.az məşhur jurnalist-insayder Fabrisio Romanoya istinadən Facolinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən səhvimdən sonra “Yuventus” azarkeşlərindən və bütün futbolsevərlərdən üzr istəməyə başlamağı düşündüm… Amma qəzetlərdəki yalan təfərrüatla dolu saxta xəbərlər məni sarsıdır. Bu, yalnız məni pis göstərmək üçün edilir. Tezliklə təfərrüatı təqdim edəcəyəm”, deyə Facoli bildirib.

Xatırladaq ki, daha əvvəl Nikolo Facolinin futbol oyunlarına qeyri-qanuni mərc etdiyi üçün diskvalifikasiya edildiyi məlum olmuşdu.

Nikolo Facoli “Pyaçentsa”, “Kremoneze” və “Yuventus” klublarında yetişib. Nikolo 2021-ci ilin yanvarından turinlilərin əsas komandasında çıxış edir. 2021/2022 mövsümünü Facoli “Kremoneze”də icarədə keçirərək, yenidən “qoca sinyora”nın düşərgəsinə qayıdıb. Facolinin “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Facoli “byankoneri”nin heyətində 6 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Nikolo Turin təmsilçisinin heyətində ümumilikə 45 oyun keçirib, 3 qola və 6 məhsuldar ötürməyə imza atıb.

Facoli 2022-ci ilin noyabrında İtaliya yığmasının heyətində debüt edib, meydanda 50 dəqiqə keçirib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Nikolo Facolini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: