Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 3-cü turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə və Bakı İdman Sarayında keçiriləcək.
Əvvəlcə son çempion və lider “Araz-Naxçıvan” “Baku Fire” ilə üz-üzə gələcək. Ardından “Record”la “Neftçi” İK münasibətlərinə aydınlıq gətirəcək. Günün son matçı isə U-19-la debütant “Yasamal Bakı” arasında baş tutacaq.
Yüksək Liqa
3-cü tur
19 oktyabr
Araz-Naxçıvan – Baku Fire
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 14:00.
Record – Neftçi İK
Hakimlər: Hikmət Qafarlı, Nahid Xasıyev, Elgün Hüseynov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 16:15
U-19 – Yasamal Bakı
Hakimlər: Xəlil Xəlilov, Hidayət Feyzullayev, Anar Fərəcov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 18:15.


