Zaur Hacı-Məhərrəmov Sloveniya – Belarus matçına təyinat aldı

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən Millətlər Liqasının seçmə mərhələ oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

Belə ki, qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunan UEFA Millətlər Liqasının seçmə mərhələsinin Sloveniya – Belarus oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Xatırladaq ki, bu komandalar arasındakı oyun oktyabrın 31-də Sloveniyada keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: