La Liqa: “Barselona” “Real”a evdə uduzdu – Video

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Malyorka” – “Xetafe” matçında qapılara qol vurulmayıb. Dörd qolun vurulduğu “Kadis” – “Sevilya” matçında da qalib müəyyənləşməyib. Üç qolun qeydə alındığı “Almeriya” – “Las Palmas” matçında qonaqlar çətin qələbəyə seviniblər.

Turun mərkəzi oyununda isə son çempion “Barselona” əzəli rəqibi “Real”la üz-üzə gəlib. İspaniya nəhənglərinin dueli Madrid təmsilçisinin əzmkar qələbəsiylə yekunlaşıb.

11-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İspaniya, La Liqa
11-ci tur
27 oktyabr

Jirona – Selta 1:0
Qol: Herrera, 90+1.

28 oktyabr

Almeriya – Las Palmas 1:2
Qollar: Ramazani, 73 – Əl-Haddadi, 23. Kaba, 90+4.

Barselona – Real 1:2
Qollar: İ.Gündoğan, 6 – Bellingem, 68; 90+2.

Malyorka – Xetafe 0:0

Kadis – Sevilya 2:2
Qollar: Ramos, 8. Maçis, 28 – Okampos, 37. Rakitiç, 60.

29 oktyabr

17:00. Betis – Osasuna
19:15. Rayo Valyekano – Real Sosyedad
21:30. Atletik – Valensiya
00:00. Atletiko – Alaves

30 oktyabr

00:00. Qranada – Vilyarreal

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: