Yüksək Liqa: Bu gün 5-ci turun oyunları keçiriləcək

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 5-ci turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri Bakı İdman Sarayında baş tutacaq.

Son çempion “Araz-Naxçıvan” bu dəfə Azərbaycanın U-19 millisini sınağa çəkəcək.

Yüksək Liqa
5-ci tur
2 noyabr

Record – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Hacıəli Ağayev.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 14:00.

U-19 – Araz-Naxçıvan
Hakimlər: Ramil Namazov, Vüsal Balaşov, Kənan Məlikov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 16:00.

Yasamal Bakı – Neftçi İK
Hakimlər: Əli Cəbrayılov, Elgün Hüseynov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: