“Qarabağ”ın rəqibi “Molde” ardıcıl 4-cü məğlubiyyətə üzüldü

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Molde” Norveç çempionatında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda 27-ci tur çərçivəsində səfərdə “Rusenborq”la üz-üzə gəlib.

“Qarabağ”ın rəqibi bu oyunda məğlubiyyətə üzülüb – 1:3. Qonaqların heyətində yeganə qolu 24-cü dəqiqədə Emil Breyvik vurub.

Ardıcıl dördüncü məğlubiyyətinə üzülən “Molde” bu mövsüm keçirdiyi 27 oyunda 44 xal qazanıb və 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ilk matçını məhz Norveç klubuna qarşı keçirib və Bakıdakı oyunda 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı ikinci matç noyabrın 30-da Norveçdə baş tutacaq.

“Qarabağ”ın yer aldığı H qrupunda “Hakken” (İsveç) və “Bayer” (Almaniya) də var.

Xəbəri sosial şəbəkələrdə paylaş: