“Hakken” “Malmö”nü məğlub yola saldı

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” İsveç çempionatında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda 29-cu tur çərçivəsində evdə “Malmö” ilə üz-üzə gəlib.

Altı qolun qeydə alındığı oyunda “Qarabağ”ın rəqibi inamlı qələbəyə sevinib – 4:2. Meydan sahiblərinin heyətində Pontus Dahbo dubla (59 və 62-ci dəqiqələr) imza atıbsa, digər qolları Eduard Çilufya (20) və Amor Layuni (85) vurublar.

“Hakken” bu mövsüm keçirdiyi 29 oyunda 57 xal qazanıb və 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsveç klubuna qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirib və 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı növbəti matç isə dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.

“Qarabağ”ın yer aldığı H qrupunda “Molde” (Norveç) və “Bayer” (Almaniya) də var.

Xəbəri sosial şəbəkələrdə paylaş: