ÇL matçında meydana Fələstin bayraqlı azarkeş çıxdı

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 4-cü turunun “Kopenhagen” – “Mançester Yunayted” oyununda meydana Fələstin bayraqlı azarkeş çıxıb.

Arena.az məlumat verir ki, məqam oyunun ilk dəqiqələrində baş verib.

Bir kişi başının üstündə Fələstin bayrağı tutaraq qaçıb meydana daxil olub. Bayraq üzərində “Qəzzada uşaqların öldürülməsinə son qoyun” yazılıb. Meydanda bir neçə saniyə qalıb etirazını bildirib çağırışını etdikdən sonra, azarkeş stadion işçiləri tərəfindən yaxalanaraq, meydandan çıxarılıb.

Oyun bərpa edilib və “Kopenhagen”in “Mançester Yunayted” üzərində 4:3 hesablı tarixi qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.

Futbol artıq neçənci dəfədir müvafiq ədalət çağırışları edən azarkeşlərə şahidlik edir. Həmçinin bəzi futbolçular da Qəzzada baş verənlərə öz etiraz səsini ucaldırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: