AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveç və Belçika yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Arena.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Canni de Byazi milliyə 27 futbolçu dəvət edib.
Heyətdə 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 6 hücumçu yer alıb.
Qeyd edək ki, yığmamız AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveçlə üz-üzə gələcək. Ayın 19-da isə komandamız səfərdə Belçika yığması ilə qarşılaşacaq.
Canni De Byazinin bu iki oyun üçün Azərbaycan millisinin heyətinə çağırdığı oyunçuların siyahısı belədir:
Qapıçılar
Şahrudin Məhəmmədəliyev – Adana Dəmirspor (Türkiyə)
Yusif İmanov – Sabah
Rəşad Əzizli – Qəbələ
Müdafiəçilər
Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
Amin Seydiyev – Sabah
Bəhlul Mustafazadə – Qarabağ
Cəlal Hüseynov – Arda (Bolqarıstan)
Elvin Cəfərquliyev – Qarabağ
Höccət Haqqverdi – Neftçi
Rahil Məmmədov – Qarabağ
Toral Bayramov – Qarabağ
Turan Manafov – Araz-Naxçıvan
Yarımmüdafiəçilər
Aleksey İsayev – Sabah
Coşqun Diniyev – Ümraniyəspor (Türkiyə)
Eddi İsrafilov – Neftçi
Elvin Camalov – Sabah
Emil Səfərov – Qəbələ
Emin Mahmudov – Neftçi
Ozan Can Kökçü – Eyndhoven (Niderland)
Qismət Alıyev – Zirə
Səbuhi Abdullazadə – Sumqayıt
Hücumçular
Rüstəm Əhmədzadə – Zirə
Nəriman Axundzadə – Qarabağ
Musa Qurbanlı – Yurqorden (İsveç)
Ramil Şeydayev – Buriram Yunayted (Tayland)
Renat Dadaşov – Hatayspor (Türkiyə)
Mahir Emreli – Dinamo (Zaqreb, Xorvatiya)


