Noyabrın 12-də İspaniya La Liqasının 13-cü turunun “Barselona” – “Alaves” oyunu (2:1) Kataloniya komandası üçün əlamətdar olub.
Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, “Olimpik Lyuis Kompanis” stadionunda qonaqların hücumçusu Samu Omorodionun 18-ci saniyədə vurduğu qol, Kataloniya təmsilçisinin XXI əsrdə evdə “yediyi” ən erkən qol kimi tarixə düşüb.
Buna rəğmən, “Barsa” özündə güc taparaq, polyak mərkəz hücumçusu Roberet Levandovskinin iki qolu sayəsində əzmkar qələbəsini təmin edə bilib.
Hazırda “Barselona” La Liqanın 13 turundan 30 xalla 3-cü pillədə qərarlaşıb. İspaniya çempionatına 34 xalla “Jirona” başçılıq edir.


