AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Brüsseldə keçiriləcək Belçika – Azərbaycan matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.
Arena.az yerli “Sporza” nəşrinə istinadən xəbər verir ki, bu qarşılaşma üçün satışa çıxarılmış biletlərin 30 minə yaxını alınıb.
Xatırladaq ki, görüşün keçiriləcəyi “King Baudouin Stadium” 50 min azarkeş tutumuna malikdir.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə baş tutacaq Belçika – Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin etmiş millimizin rəqibi hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb. Komandamız bu gün İsveç yığmasına doğma meydanda qalib gəlsə, qrup mərhələsini 3-cü pillədə başa vurmaq şansı əldə edəcək.


