Futbol üzrə Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda İsveç yığması ilə üz-üzə gələcək.
Arena.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı kollektiv F qrupundakı 7-ci sınağına Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.
İsveçrədən olan qadın FIFA referisi Ester Staublinin idarə edəcəyi oyunun start heyətləri də məlumdur. Heyətləri təqdim edirik:
AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
16 noyabr
21:00. Azərbaycan – İsveç
Baş hakim: Ester Staubli (İsveçrə)
Baş hakinin köməkçiləri: Yonas Erni, Susanna Künq (hər ikisi İsveçrə).
Dördüncü hakim: Mirel Turkes (İsveçrə)
VAR: Lukas Fandrix (İsveçrə)
AVAR: Lionel Çudi (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Rəşad Əzizov, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Turan Manafov, 14. Eddi İsrafilov, 15. Amin Seydiyev, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Nəriman Axundzadə, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 4. Filip Helander, 9. Yens Kayuste, 10. Emil Forsberq, 13. Ken Sema, 14. Linus Valkfist, 17. Viktor Qyökeres, 18. Samuel Qustafson, 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski.
Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 2. Emil Kraft, 5. İsak Hin, 6. Niklas Hult, 7. Viktor Klaesson, 8. Albin Ekdal, 11. Markus Roden, 15. Karl Starfelt, 16. Huqo Larsson, 20. Kristoffer Olsson, 22. Robin Kayson.
Baş məşqçi: Yanne Andersson.


