Yüksək Liqa: “Araz-Naxçıvan”a ilk məğlubiyyəti “Neftçi” yaşatdı

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 7-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları “Olimpik Star”da baş tutub.

Turun açılış, həm də mərkəzi oyununda son çempion “Araz-Naxçıvan” əsas rəqiblərindən olan “Neftçi” ilə qarşılaşıb. Lider bu oyunda ötən mövsümün gümüş medalçısına məğlub olub. Beləliklə, son çempion cari mövsümdə ilk yenilgisi ilə barışmalı olub.

Turun ikinci oyunu da gərgin keçdi. “Record”la görüşdə hesabı açan “Yasamal Bakı” sonradan rəqibin status-kvonu bərpa etməsinə mane ola bilməsə də, sona yaxın yenidən üstünlük qazanmmağı bacarıb və mövsümdə ikinci qələbəsini aktivinə yazdırıb.

Son dueldə isə “Baku Fire” U-19 üzərində böyükhesablı qələbə qazanıb.

Yüksək Liqa
7-ci tur
11 noyabr

Araz-Naxçıvan – Neftçi 3:6
Qollar: Amadeu, 20:42; 22:43. İsa Atayev, 23:07. Vahib Xocayev, 30:03 – Namiq Məmmədkərimov, 9:47; 10:24; 11:36; 26:30. Fərid Atakişiyev, 36:00.
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Hacıəli Ağayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 13:30.

Record – Yasamal Bakı 1:2
Qollar: Mojtaba Vali, 33:16 – Fuad Məmmədzadə, 7:53. Rüstəm Bağırov, 38:25.
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 15:30.

U-19 – Baku Fire 1:11
Qollar: İlham Alıyev, 31:15 – Oktay Rüstəmli, 2:20. Kənan Manafov, 9:22; 31:42; 33:29. Nihad İsmayılov, 10:25. Tofiq Mikayılov, 12:25; 24:23. İmaməli Hüseynov, 18:49. Tofiq Əliyev, 27:26. Tofiq Əliyev, 36:52. Nurlan Məmmədov, 37:08.
Hakimlər: Anar Fərəcov, Elgün Hüseynov, İmran Məhərrəmov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: