2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 5-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
Venesuela – Ekvador və Çili – Paraqvay oyunları qolsuz yekunlaşıb. Bu tura qədər xal belə qazanmamış Boliviya yığması bu dəfə Peru üzərində inamlı qələbə qazanmaqla aşkar autsayderlikdən qurtulub.
Braziliya və Argrentina yığmaları isə turu xalsız başa vurublar. Son üç turda qələbəyə həsrət qalan braziliyalılar bu dəfə səfərdə Kolumbiyaya uduzublar. Bu tura qədər itkisiz irəliləyən sonuncu dünya çempionu Argentina isə doğma meydanda Uruqvaya 2 cavabsız qolla uduzublar.
2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
5-ci tur
17 noyabr
Boliviya – Peru 0:0
Çili – Paraqvay 0:0
Boliviya – Peru 2:0
Qollar: Vaka, 20; 87.
Argentina – Uruqvay 2:0
Qollar: Arauxo, 41. D.Nunes, 87.
Kolumbiya – Braziliya 2:1
Qollar: L.Dias, 75; 79 – Martinelli, 4.
Xal: Argentina – 12. Uruqvay – 10. Kolumbiya – 9. Venesuela – 8. Braziliya – 7. Ekvador – 5. Paraqvay – 5. Çili – 5. Boliviya – 3. Peru – 1.


