FIFA Kamavinqanın zədəsinə görə “Real”a təzminat ödəyəcək

FIFA “Real”ın fransalı mərkəz yarımmüdafiəçisi Eduardo Kamavinqanın millidə aldığı zədəyə görə, “Kral klubu”na təzminat ödəyəcək.

Arena.az bu barədə jurnalist-insayder Xose Feliks Diasa istinadən məlumat verir.

Mənbənin məlumatına görə Fransa yığma komandasının düşərgəsində zədələnməsinə görə, FIFA “Real”a 1 milyon avrodan çox məbləğdə təzminat ödəməlidir.

Bildirilir ki, FIFA bu məbləği özünün klubların müdafiəsi proqramına uyğun olaraq ödəyəcək. Bu proqrama əsasən, FIFA gələn ilin iyulun 31-dək beynəlxalq oyun təqvimi ilə müəyyən edilmiş tarixlərdə oynanılan beynəlxalq oyunlar zamanı futbolçuların zədələndiyi halda, onlara görə ödənişlər etmək hüququna mükəlləfdir.

Proqram oyunçunun xidmətindən istifadə edilə bilməyən hər gün üçün 20,548 avro məbləğində ödənişi təmin edir. Daha əvvəl, mətbuatda Eduardo Kamavinqanın ən azı 6, ən çoxu isə 8 həftə və daha çox yaşıl meydanlardan kənarda qalacağı haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: