Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
İkinci Liqa təmsilçilərindən “Ağdaş” “Cəbrayıl”la, “Şəki Siti” “Kür-Araz”la, “Baku Sportinq” isə “Kürmük Qax”la qarşılaşıb.
“Cəbrayıl” rəqibinə 2:0, “Bakı Sportinq” 6:0, “Kür-Araz” isə 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.
Xatırladaq ki, daha öncə “Lerik”, “Şahdağ Qusar” və “Göygöl” növbəti mərhələyə yüksəliblər.
Azərbaycan Kubokunda ilk təsnifat mərhələsinin qalan bir oyunu 20 noyabrda keçiriləcək.
Azərbaycan Kuboku
Birinci təsnifat mərhələsi
19 noyabr
“Ağdaş” – “Cəbrayıl” 0:2
Qollar: Tapdıq Əhmədov, 116-pen. Elvin Dəmirov, 120+3.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Ağdaş şəhər stadionu, 14:00.
“Şəki Siti” – “Kür-Araz” 1:2
Qollar: Mirabbas Mirbabayev, 82-öz qapısına – Elariz Xəlilli, 51; 73.
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Şəki şəhər stadionu, 14:00.
“Baku Sportinq” – “Kürmük Qax” 6:0
Qollar: Ülvi Quliyev, 20. Röyal Nəcəfov, 27. Məhəmməd Xəlilov, 38; 45; 89. Vüqar Rəhimov, 55.
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:30.
Sonda onu da qeyd edək ki, 2-ci təsnifat mərhələsində bu komandalar qarşılaşacaqlar:
“Şəfa”/”Şəmkir” – “Səbail”
“Zaqatala” – “Şamaxı”
“Turan Tovuz” – “Göygöl”
“Araz-Saatlı” – “İrəvan”
“Kür-Araz” – “Araz-Naxçıvan”
“İmişli” – “Mingəçevir”
“Lerik” – “Sumqayıt”
“Karvan” – “Difai Ağsu”
“Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
“Kəpəz” – “Baku Sportinq”
MOİK – “Cəbrayıl”


