Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.
İkinci Liqa təmsilçiləri – “Şəfa” ilə “Şəmkir” Binə qəsəbə stadionunda üz-üzə gələcəklər.
Xatırladaq ki, daha öncə “Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəliblər.
Azərbaycan Kuboku
Birinci təsnifat mərhələsi
18 noyabr
“Füzuli” – “Lerik” 0:1
Qol: Rəvan Quluzadə, 58.
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASK Arena”, 13:00.
“Qusar” – “Şahdağ Qusar” 0:0 (penaltilər 4:5)
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.
“Göygöl” – “Dinamo” 2:1
Qol: Ziyabil Məmmədov, 75. Vüqar Əşrəfli, 76 – Valeh Seyidov, 90+1.
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl OİK stadionu, 14:30.
19 noyabr
“Ağdaş” – “Cəbrayıl” 0:2
Qollar: Tapdıq Əhmədov, 116-pen. Elvin Dəmirov, 120+3.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Ağdaş şəhər stadionu, 14:00.
“Şəki Siti” – “Kür-Araz” 1:2
Qollar: Mirabbas Mirbabayev, 82-öz qapısına – Elariz Xəlilli, 51; 73.
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Şəki şəhər stadionu, 14:00.
“Baku Sportinq” – “Kürmük Qax” 6:0
Qollar: Ülvi Quliyev, 20. Röyal Nəcəfov, 27. Məhəmməd Xəlilov, 38; 45; 89. Vüqar Rəhimov, 55.
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:30.
20 noyabr
“Şəfa” – “Şəmkir”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 14:30.


