Braziliya – Argentina oyunu iğtişaşlara səbəb oldu – Video

Növbəti dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində keçirilmiş Braziliya – Argentina oyunu (0:1) iğtişaşlara səbəb olub.

Arena.az məlumat verir ki, oyun ərəfəsində “Marakana” stadionunda azarkeşlərin dava-dalaşı səbəbindən Argentina komandası meydanı özbaşına tərk edərək, tribunalaraltı məkana yollanıb və bu səbəbdən oyun təxirə salınıb.

Yarım saatlıq fasilədən sonra aregentinalılar meydana qayıtmaq qərarına gəliblər və oyunun çilili baş hakimi Pyero Maza qarşılaşmanı başladıb. Argentina yığmasının kapitanı Lionel Messi meydana qayıtdıqdan sonra braziliyalı cinah oyunçusu Rodriqo ilə mübahisə edib. Futbolçular arasında xoşagəlməz dialoq yaşanıb:
“Siz qorxaqsınız”, deyə Rodriqo meydana qayıtmış Messiyə təpinib.
“Biz dünya çempionuyuq, niyə qorxaqıq? Dilinə diqqət et”, deyə Messi cavablayıb.

Hər iki futbolçu bir qədər əl-qol atıb, digər komanda yoldaşları onları ayırıblar.

Oyun argentinalıların qələbəsi ilə başa çatıb, yeganə qolu oyunun 63-cü dəqiqəsində mərkəz müdafiəçisi Nikolas Otamendi vurub.
Qələbə qələbə sayəsində Argentina yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsinin CONMEBOL zonasının turnir cədvəlində 6-cı turdan sonra 15 xalla liderdir. Braziliya millisi isə 7 xalla 6-cı pillədədir.

Xatırladaq ki, milli yığma komandalar arasında Braziliya – Argentina rəqabəti ən qocaman və qatı rəqabətdir. Vurğulayaq ki, argentinalı, uruqvaylı və çilili azarkeşlər cənubiamerikan futbolunda xuliqanlığı ilə ad çıxarıblar. Ələlxüsus Braziliyaya millisinə qarşı oyunlarda onlar müvafiq təxribatlara rəvac verirlər. Braziliyanın dövlət himninin səslənməsi zamanı argentinalı azarkeşlər təhqirə keçərək, hörmətsizlik nümayiş etdiriblər. Polis azarkeşlərin dava-dalaşının qarşısını almaq üçün güc tətbiq etməli olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: