AFFA kubokun ilk mərhələsinin oyunları üçün cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qusar” – “Şahdağ Qusar” oyununda “Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Göygöl” – “Dinamo” oyununda “Dinamo”nun futbolçusu Yusif Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.

“Şəki Siti” – “Kür-Araz” oyununda “Şəki Siti”nin 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Şəki Siti”nin baş məşqçisi Firuddin Mövsümov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimə edilib. “Kür-Araz”ın futbolçusu Elariz Xəlilli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Şəki klubu 100 manat cərimə edilib.

“Şəfa” – “Şəmkir” oyununda “Şəfa”nın 7 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Şəmkir”in futbolçusu Elcan Rəhimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimə edilib. Bu oyunda xərəkdaşıyanlar olmadığına görə “Şəfa” klubu 80 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” klubu 100 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: