“Molde” “Qarabağ”la matçdan öncə inamlı qələbəyə sevindi

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Molde” Norveç çempionatında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda 29-cu tur çərçivəsində səfərdə “Sarpsborq”la üz-üzə gəlib.

“Qarabağ”ın rəqibi bu oyunda inamlı qələbəyə sevinib – 3:1. Meydan sahibləri 1-ci dəqiqədə Matias Lovikin qolu ilə önə keçiblər. 44-cü dəqiqədə Kristoffer Haugen qonaqların üstünlüyünü möhkəmləndirib. 50-ci dəqiqədə Niklas Edeqor hesabı darmadağın həddinə çatdırsa da, meydan sahibləri 90-cı dəqiqədə təsəlli qolunu vurmağı bacarıblar.

Ardıcıl ikinci qələbəsini rəsmiləşdirən “Molde” bu mövsüm keçirdiyi 29 oyunda 50 xal toplayıb və 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ilk matçını məhz Norveç klubuna qarşı keçirib və Bakıdakı oyunda 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı ikinci matç noyabrın 30-da Norveçdə baş tutacaq.

“Qarabağ”ın yer aldığı H qrupunda “Hakken” (İsveç) və “Bayer” (Almaniya) də var.

Xəbəri sosial şəbəkələrdə paylaş: