La Liqa: “Real” darmadağınla zirvədə – Video

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Vilyarreal” doğma meydanda “Osasuna”nı, “Real Sosyedad” “Sevilya”nı, “Betis” isə “Las Palmas”ı məğlub yola salıb. Səfərdə “Kadis”lə qarşılaşan “Real” da səfərdə 3 cavabsız qolla qalib gələrək liderliyi ələ keçirib.

14-cü tura sabah keçiriləcək “Jirona” – “Atletik” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa
14-cü tur
24 noyabr

Alaves – Qranada 3:1
Qollar: Torrent, 11-öz qapısına. Rebbax, 38. Omorodion, 55 – Uzuni, 86-pen.

25 noyabr

Rayo Valyekano – Barselona 1:1
Qollar: U.Lopes, 39 – Leyeune, 82-öz qapısına.

Valensiya – Selta 0:0

Xetafe – Almeriya 2:1
Qollar: Qrinvud, 33. Mayoral, 45 – Ramazani, 7.

Atletiko – Malyorka 1:0
Qol: Qrizmann, 64.

26 noyabr

Vilyarreal – Osasuna 3:1
Qollar: Morales, 57; 71; 80 – Katena, 78.

Real Sosyedad – Sevilya 2:1
Qollar: Dmitroviç, 3-öz qapısına. Sadiq, 22 – En Nesiri, 60.

Kadis – Real 0:3
Qollar: Rodriqo, 14; 64. Bellingem, 74.

Betis – Las Palmas 1:0
Qol: V.Xose, 19.

27 noyabr

00:00. Jirona – Atletik

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: