La Liqa: “Jirona” “Atletik”lə ev oyununda xal itirdi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 14-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Jirona” doğma meydanda “Atletik”lə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Beləliklə, 14 turdan sonra 35 xala malik “Real” zirvədə qərarlaşıbsa, eyni xala malik “Jirona” ikincidir. Madrid “Atletiko”su və “Barselona”nın 31, “Atletik”lə “Real Sosyedad”ın 25, “Betis”in 24 xalı var.

“Xetafe”, “Rayo Valyekano” və “Valensiya” 19, “Las Palmas” 18, “Vilyarreal” və “Alaves” 15, “Osasuna” 14, “Sevilya” 12, “Kadis” 10, “Malyorka” 9, “Selta” 8, “Qranada” 7, sonuncu olan “Almeriya” isə cəmi 3 xal toplayıb.

İspaniya, La Liqa
14-cü tur
24 noyabr

Alaves – Qranada 3:1
Qollar: Torrent, 11-öz qapısına. Rebbax, 38. Omorodion, 55 – Uzuni, 86-pen.

25 noyabr

Rayo Valyekano – Barselona 1:1
Qollar: U.Lopes, 39 – Leyeune, 82-öz qapısına.

Valensiya – Selta 0:0

Xetafe – Almeriya 2:1
Qollar: Qrinvud, 33. Mayoral, 45 – Ramazani, 7.

Atletiko – Malyorka 1:0
Qol: Qrizmann, 64.

26 noyabr

Vilyarreal – Osasuna 3:1
Qollar: Morales, 57; 71; 80 – Katena, 78.

Real Sosyedad – Sevilya 2:1
Qollar: Dmitroviç, 3-öz qapısına. Sadiq, 22 – En Nesiri, 60.

Kadis – Real 0:3
Qollar: Rodriqo, 14; 64. Bellingem, 74.

Betis – Las Palmas 1:0
Qol: V.Xose, 19.

27 noyabr

Jirona – Atletik 1:1
Qollar: Sıqankov, 55 – İ.Uilyams, 67.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: