Bu gün Azərbaycan Kubokunda 2-ci mərhələyə yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün ikinci təsnifat mərhələsinin sonuncu oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə “Səbail”, “Turan Tovuz”, “Karvan”, “İrəvan” və MOİK komandaları növbəti mərhələyə yüksəlmişdilər. Ötən gün isə “Qaradağ Lökbatan”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Sumqayıt” da 1/8 finala vəsiqə qazanıblar.

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 19-21 dekabr aralığında keçiriləcək.

Azərbaycan Kuboku
İkinci təsnifat mərhələsi
28 noyabr

“Karvan” – “Difai Ağsu” 1:0
Qol: Ruslan Voronsov, 72.
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov.
Yevlax şəhər stadionu, 13:30.

“Araz Saatlı” – “İrəvan” 1:4
Qollar: Rəvan Əvəzov, 79-pen – Elvin Yunuszadə, 4. Cavid Tağıyev, 27. Vüsal Əsgərov, 45+3-pen. Arsen Ağcabəyov, 70.
Hakimlər: Kamal Umudlu, Şirmamed Mamedov, Kərim Zeynalov, Əkbər Əhmədov.
Saatlı OİK stadionu, 13:30.

MOİK – “Cəbrayıl” 4:0
Qollar: İsa Zeynallı, 37-pen. Cavidan Abbaszadə, 45+2; 86. Elvin Valiiev, 73.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Rövşən Rəcəbov.
Binə qəsəbə stadionu, 13:30.

“Şəfa” – “Səbail” 0:7
Qollar: Samir Abdullayev, 10. Yadin Luqasi, 11. Adi Mehremiç, 20. Taleh Qarayev, 25. Amil Yunanov, 39; 78. Aleksandr Ramalinqom, 88.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva.
Bakı. “Bayıl Arena”, 15:00.

“Turan Tovuz” – “Göygöl” 5:1
Qollar: Ayxan Hüseynov, 4. Belaydi Pusi, 41; 88. Ayxan Hüseynov, 45. Tərlan Quliyev, 90+2-pen – Ülvi Cəlilov, 38-pen.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Şamil İmanzadə.
Tovuz şəhər stadionu, 17:00.

29 noyabr

“Şahdağ Qusar” – “Qaradağ Lökbatan” 1:0
Qol: Sultan Mustafayev, 60.
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov.
Şamaxı OİK stadionu, 13:30.

“Kəpəz” – “Baku Sportinq” 2:0
Qollar: Nemət Musayev, 99. Martins Junior, 107.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Tovuz şəhər stadionu, 13:30.

“Kür-Araz” – “Araz-Naxçıvan” 1:6
Qollar: Ramazan Abbasov, 52 – Məhəmməd Kadiri, 21. Nicat Süleymanov, 47; 87; 90+2. Orxan Əliyev, 65; 88.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev.
Bakı. “Dalğa Arena”, 15:00.

“Lerik” – “Sumqayıt” 0:6
Qollar: Rövlan Muradov, 19. Sənan Muradlı, 41. Erik Sorqa, 54. Kamran Quliyev, 68; 80. Nihad Əhmədzadə, 77-pen.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
“Sumqayıt Arena”, 18:00.

30 noyabr

“Zaqatala” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Zaqatala OİK stadionu, 13:30.

“İmişli” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli.
İmişli şəhər stadionu, 13:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: