Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 13-cü turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə matçında “Malyorka” və “Kadis” komandaları üz-üzə gəliblər.
“Malyorka”nın meydanında baş tutan qarşılaşmada tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Malyorka” geridə qalan 14 turdan sonra 10 xalla 17-ci pillədə qərarlaşıb. “Kadis” isə 11 xalla 16-cıdır.
İspaniya, La Liqa
13-cü tur
29 noyabr
Malyorka – Kadis 1:1
Qollar: Prats, 45+1 – Alkaras, 12.


