Şahruddin Məhəmmədəliyev 3 qol buraxdı, komandası uduzdu

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 14-cü tur çərçivəsində doğma meydanda “Samsunspor”la qarşılaşıb.

Beş qolun qeydə alındığı qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 2:3.

Məhəmmədəliyev bu görüşə start heyətdə çıxıb və sonadək oynayıb. O, 35-ci dəqiqədə rəqib futbolçunun penalti zərbəsinin qarşısını ala bilməyib. 45+4 və 64-cü dəqiqələrdə samsunlular millimizin qapıçısını daha iki dəfə məyus ediblər.

“Adana Dəmirspor” bu məğlubiyyətdən sonra 23 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da cəmi 2 matç keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: