Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Osasuna” – “Real Sosyedad” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun qeydə alındığı “Jirona” – “Valensiya” matçında meydan sahibləri qələbə qazanıblar.
“Atletik” “Rayo Valyekano”nu 4 cavabsız qolla məğlub edib. “Real” da “Qranada” ilə ev oyununda inamlı qələbəyə sevinib.
15-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.
İspaniya, La Liqa
15-ci tur
1 dekabr
Las Palmas – Xetafe 2:0
Qollar: Arauxo, 43. Herrera, 90+2.
2 dekabr
Jirona – Valensiya 2:1
Qollar: Stuani, 82; 88 – Duro, 56.
Atletik – Rayo Valyekano 4:0
Qollar: Quruseta, 23. Espino, 47-öz qapısına. İ.Uilyams, 64. N.Uilyams, 68.
Real – Qranada 2:0
Qollar: B.Dias, 26. Rodriqo, 57.
Osasuna – Real Sosyedad 1:1
Qollar: M.Qomes, 2 – U.Sadiq, 41.
3 dekabr
17:00. Malyorka – Alaves
19:15. Almeriya – Betis
21:30. Sevilya – Vilyarreal
00:00. Barselona – Atletiko
4 dekabr
00:00. Selta – Kadis


