Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Malyorka” – “Alaves” və “Almeriya” – “Betis” matçlarında qapılara qol vurulmayıb. “Sevilya” – “Vilyarreal” matçında da qalib müəyyənləşməyib.
Son çempion “Barselona” isə doğma meydanda Madrid “Atletiko”su ilə qarşılaşıb. Kataloniya təmsilçisi rəqibini xalsız yola salıb. Maraqlıdır ki, meydan sahiblərinin yeganə qolunu məhz “Atletiko”dan icarəyə götürülmüş Joao Feliks vurub.
15-ci tura sabah keçiriləcək “Selta” – “Kadis” matçı ilə yekun vurulacaq.
İspaniya, La Liqa
15-ci tur
1 dekabr
Las Palmas – Xetafe 2:0
Qollar: Arauxo, 43. Herrera, 90+2.
2 dekabr
Jirona – Valensiya 2:1
Qollar: Stuani, 82; 88 – Duro, 56.
Atletik – Rayo Valyekano 4:0
Qollar: Quruseta, 23. Espino, 47-öz qapısına. İ.Uilyams, 64. N.Uilyams, 68.
Real – Qranada 2:0
Qollar: B.Dias, 26. Rodriqo, 57.
Osasuna – Real Sosyedad 1:1
Qollar: M.Qomes, 2 – U.Sadiq, 41.
3 dekabr
Malyorka – Alaves 0:0
Almeriya – Betis 0:0
Sevilya – Vilyarreal 1:1
Qollar: Salas, 75 – Morales, 77.
Barselona – Atletiko 1:0
Qol: J.Feliks, 28.
4 dekabr
00:00. Selta – Kadis


