İtaliya nəhəngi “İnter”i “Transformers” dastanına həsr edilmiş məhdud silsilədə ev formasını sosial şəbəkələrində təqdim edib.
Arena.az məlumat verir ki, “neradzurri” bu formanı İtaliya A Seriyasının 15-ci turunun “Udineze” ilə oyununda geyinəcək.
Oyun şənbə günü, dekabrın 9-da, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
“İnter” cari mövsümün İtaliya A Seriyasının turnir cədvəlində liderdir. Simone İnzaqinin yetirmələri 14 oyundan 35 xal toplayıblar. “Udineze” 12 xalla 16-cı pillədə qərarlaşıb.
A Seriyasının son turunda “İnter” səfərdə cari çempion “Napoli”ni 3:0 hesabı ilə məğlub edib. “Udineze” isə öz növbəsində “Verona” ilə 3:3 hesabılı heç-heçə oynayıb.



