Yüksək Liqa: 10-cu turun hakim təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 10-cu turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, qış fasiləsi ərəfəsində keçiriləcək son matçlar dekabrın 7-də “Olimpik Star”da baş tutacaq.

Növbəti turun oyun cədvəli və təyinatları belədir:

Yüksək Liqa
10-cu tur
7 dekabr

Baku Fire – Record
Hakimlər: Rza Məmmədov, Kənan Məlikov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Neftçi İK – Yasamal Bakı
Hakimlər: Ceyhun Hüseynov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

Araz-Naxçıvan – U-19
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: