Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Alaves” evdə “Las Palmas”a, “Vilyarreal” “Real Sosyedad”ə məğlub olub. Səfərdə “Malyorka” ilə qarşılaşan “Sevilya” bu turu da xalsız başa vurub. “Betis”in qonağı olan Madrid “Real”ı da xal itkisi ilə üzləşib.
16-cı turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İspaniya, La Liqa
16-cı tur
8 dekabr
Xetafe – Valensiya 1:0
Qol: Mayoral, 87.
9 dekabr
Alaves – Las Palmas 0:1
Qol: K.Rodriqes, 31.
Betis – Real 1:1
Qollar: Ruibal, 66 – Bellingem, 53.
Vilyarreal – Real Sosyedad 0:3
Qollar: Merino, 38. Zubimendi, 41. Kubo, 45+4.
Malyorka – Sevilya 1:0
Qol: Larin, 11.
10 dekabr
17:00. Atletiko – Almeriya
19:15. Qranada – Atletik
21:30. Kadis – Osasuna
00:00. Barselona – Jirona
11 dekabr
00:00. Rayo Valyekano – Selta


