La Liqa: “Barselona” “Jirona”ya evdə uduzdu, bir matç yarıda qaldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

Lakin bu oyunlardan biri yarıda qalıb. Belə ki, “Qranada” – “Atletik” matçı qonaqlar 1:0 öndə olarkən, 17-ci dəqiqədə dayandırılıb. Buna tribunadakı azarkeşlərdən birinin halının pisləşməsi səbəb olub. Həmin fanata təcili yardım göstərilsə də, infarkt keçirən azarkeşin həyatını xilas etmək mümkün olmayıb. Bu üzdən matçın sabah davam etdirilməsi qərara alınıb. Oyun qaldığı yerdən davam etdiriləcək.

Digər oyunlara gəlincə, “Kadis” – “Osasuna” matçında heç-heçə qeydə alınıb. Madrid “Atletiko”su “Almeriya”nı məğlub yola salıb.

Son çempion “Barselona” isə bu mövsüm fırtına kimi əsən “Jirona” ilə ev oyununda məğlub olub.

16-cı tura sabah keçiriləcək “Rayo Valyekano” – “Selta” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa
16-cı tur
8 dekabr

Xetafe – Valensiya 1:0
Qol: Mayoral, 87.

9 dekabr

Alaves – Las Palmas 0:1
Qol: K.Rodriqes, 31.

Betis – Real 1:1
Qollar: Ruibal, 66 – Bellingem, 53.

Vilyarreal – Real Sosyedad 0:3
Qollar: Merino, 38. Zubimendi, 41. Kubo, 45+4.

Malyorka – Sevilya 1:0
Qol: Larin, 11.

10 dekabr

Atletiko – Almeriya 2:1
Qollar: Morata, 17. Korrea, 22 – Baptistao, 62.

Qranada – Atletik 0:1 (matç yarıda qalıb)
Qol: İ.Uilyams, 6.

Kadis – Osasuna 1:1
Qollar: Marti, 19 – Budimir, 70-pen.

Barselona – Jirona 2:4
Qollar: Levandovski, 19. İ.Gündoğan, 90+2 – Dovbik, 12. M.Qutyerres, 40. Valeri, 80. Stuani, 90+5.

11 dekabr

00:00. Rayo Valyekano – Selta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: