Azərbaycan millisinin toplanışı başladı, heyəti açıqlandı

Futzal üzrə Azərbaycan millisinin dekabrın 11-dən 17-nə qədər Bakıda, dekabrın 18-dən 20-dək isə Niderlandda təlim-məşq toplanışı olacaq.

Arena.az xəbər verir ki, komandamız dünya çempionatının elit-raund mərhələsi çərçivəsində dekabrın 15-də Bakıda Rumıniya, 5 gün sonra səfərdə Niderland yığması ilə qarşılaşacaq.

Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov hazırlıq prosesinə 16 futzalçı dəvət edib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan);

Oyunçular: Emil Həsənzadə, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amadeu (hamısı “Araz-Naxçıvan”), Amir Şocaei, Fərid Atakişiyev, Ülvi Əliyev, Mirzə Əmirov (hamısı “Neftçi” İK), Tofiq Mikayılov, Oktay Rüstəmli, Nihad İsmayılov (hamısı “Baku Fire”), Rafael Vilela (“Andelext”, Belçika), Hadi Ahmedi (“Aktobe”, Qazaxıstan), Felipinyo (“Kancil”, İndoneziya) .

Millimizin oyunlarının təqvimi

Azərbaycan – Rumıniya
Hakimlər: Damian Qrabovski, Slavomir Steçko, Monika Çudjinoviç (hamısı Polşa).
Hakim-inspektor: Gergi Bitri (Malta).
UEFA nümayəndəsi: Someon Tsolakidis (Yunanıstan).
15 dekabr. Bakı İdman Sarayı. Saat 20:00.

Niderland – Azərbaycan
Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (Hamısı Litva).
Hakim-inspektor: Karel Heniç (Çexiya).
UEFA nümayəndəsi: Fabrisio Di Feliçe (İtaliya).
20 dekabr. Almere. Topsportcentrum. Saat 21:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: