Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Qranada” ilə “Atletik”in bir gün öncə yarıda qalmış oyunu bu gün qaldığı yerdən davam etdirilib. Bu oyun 17-ci dəqiqədə bir azarkeşin ürəyinin dayanması səbəbindən, qonaqlar 1:0 öndə olarkən dayandırılmışdı. Bu gün davam etdirilən matçın yekununda qalib müəyyənləşməyib.
Turun qapanış matçında isə “Rayo Valyekano” və “Selta” komandaları üz-üzə gəliblər. Qarşılaşma qolsuz bitib.
Beləliklə, 16 turdan sonra 41 xala malik “Jirona” vahid liderdir. “Real” 39 xalla ikinci, Madridin digər təmsilçisi “Atletiko” 34 xalla üçüncüdür. Dördüncü olan “Barselona”nın da 34 xalı var. “Atletik” və “Real Sosyedad” 29, “Betis” 26, “Las Palmas” 24, “Xetafe” 22, “Rayo Valyekano” 20, “Valensiya” 19, “Alaves”, “Vilyarreal” və “Osasuna” 16, “Malyorka” 14, “Sevilya” və “Kadis” 13, “Selta” 10, “Qranada” 8, sonuncu olan “Almeriya” isə cəmi 4 xal toplayıb. Çempionatın aşkar autsayderi həm də bu mövsüm qələbəyə həsrət yeganə komandadır.
İspaniya, La Liqa
16-cı tur
8 dekabr
Xetafe – Valensiya 1:0
Qol: Mayoral, 87.
9 dekabr
Alaves – Las Palmas 0:1
Qol: K.Rodriqes, 31.
Betis – Real 1:1
Qollar: Ruibal, 66 – Bellingem, 53.
Vilyarreal – Real Sosyedad 0:3
Qollar: Merino, 38. Zubimendi, 41. Kubo, 45+4.
Malyorka – Sevilya 1:0
Qol: Larin, 11.
10 dekabr
Atletiko – Almeriya 2:1
Qollar: Morata, 17. Korrea, 22 – Baptistao, 62.
Kadis – Osasuna 1:1
Qollar: Marti, 19 – Budimir, 70-pen.
Barselona – Jirona 2:4
Qollar: Levandovski, 19. İ.Gündoğan, 90+2 – Dovbik, 12. M.Qutyerres, 40. Valeri, 80. Stuani, 90+5.
11 dekabr
Qranada – Atletik 1:1
Qollar: Qalaretta, 55-öz qapısına – İ.Uilyams, 6.
Rayo Valyekano – Selta 0:0


