“Kopenhagen” Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Qalatasaray”la oyunun (1:0) hər tamaşaçısına bir stəkan pivə hədiyyə edib.
Arena.az bu barədə “Football in Denmark” dərgisinə istinadən məlumat verir.
Paytaxtın “Parken” stadionunda keçirilmiş oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Final fitindən sonra stadionun tablosunda tribunadan çıxan hər bir tamaşaçını mükafat olaraq bir stəkan pivə və bir şüşə su gözləyəcəyinə dair ismarış görünüb.
Xatırladaq ki, “Kopenhagen”ə tarixi qələbə qazandırmış yeganə qolu oyunun 58-ci dəqiqəsində Elias Aşurinin ötürməsindən yarımmüdafiəçi Lukas Lerager vurub.
Bununla da “Kopenhagen” “A” qrupunda 8 xalla 2-ci yeri tutaraq Çempionlar Liqasının ələmə mərhələsinə vəsiqəsini rəsmiləşdirib. “Qalatasaray” isə 5 xalla 3-cü olub və mübarizəsini Avropa Liqasında davam etdirəcək. “Mançester Yunayted” isə 4 xalla turniri əliboş tək edib. “A” qrupunun qalibi isə Almaniya nəhəngi “Bayern”dir – 16 xal.


