“Qarabağ” – “Hakken”: Start heyətlər açıqlandı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Hakken”lə qarşılaşacaq.

Arena.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan və İsveç təmsilçilərinin bu oyun üçün start heyətləri müəyyənləşib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 21:45-də start veriləcək. Qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, hazırda “Qarabağ” 7 xalla qrup ikincisidirsə, “Hakken”in xalı yoxdur. Ağdam təmsilçisi qrup mərhələsini ikinci pillədə başa vurmağı bacarsa, tarixində ilk dəfə Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanacaq.

Avropa Liqası
H qrupu, 6-cı tur
14 dekabr

21:45. “Qarabağ” – “Hakken”
Baş hakim: Yucin Caya (Albaniya).
Baş hakimin köməkçiləri: Doyando Miftari, Reydi Avdo (Albaniya).
Dördüncü hakim: Olsion Yzeyray (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Hakken: 26. Peter Abrahamson, 4. Ayham Usu, 5. Even Hovland, 10. Ali Yussef, 11. Samuel Qustafson (k), 13. Simon Sandberq, 17. Eduard Çilufya, 18. Mikkel Riqaard, 21. Tomas Totland, 23. Mamadu Sonko, 27. Romeo Amane.
Ehtiyat oyunçular: 1. Yohan Brattberq, 30. Sebastyan Banoziç, 8. Abdulrazaq İshaq, 9. Ola Kamara, 16. Pontus Dabho, 19. Srcan Hrstiç, 25. Abdulaye Faye, 33. Con Pol Dembe, 35. Siqqe Yansson.
Baş məşqçi: Per Matias Hoqmo.

Xəbəri sosial şəbəkələrdə paylaş: