Azərbaycan Kubokunda 2023/2024 mövsümünə start verildi

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünə start verilib və ilkin mərhələnin oyunları keçirilib.

Arena.az xəbər verir ki, daha doğrusu, iki oyundan biri baş tutub.

Belə ki, “Dəstə Ordubad” komandası “Ulduz”dan güclü olub və 1/8 finalda oynamaq hüququ qazanıb.

“Şuşa” – “Metropoliten” matçı isə nominal meydan sahiblərinin təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Görüşün yekun nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin püşkatma mərasiminin vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Azərbaycan kuboku
İlkin mərhələ
14 dekabr

“Dəstə Ordubad” – “Ulduz” 7:4

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: