La Liqa: “Atletiko” və “Sevilya” uduzdu, “Barselona” xal itirdi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Selta” “Qranada”nı, “Atletik” isə Madrid “Atletiko”sunu məğlub yola salıb.

Uğursuz mövsüm keçirən “Sevilya” doğma meydanda “Xetafe”yə 3 cavabsız qolla uduzub.

“Valensiya” – “Barselona” matçında isə qalib müəyyənləşməyib. Kataloniya təmsilçisi hesabı açdığı matçda qələbəni əldən verib.

17-cı turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İspaniya, La Liqa
17-ci tur
15 dekabr

Osasuna – Rayo Valyekano 1:0
Qol: Raul, 90+5.

16 dekabr

Selta – Qranada 1:0
Qol: Larsen, 20.

Atletik – Atletiko 2:0
Qollar: Quruseta, 51. N.Uilyams, 64.

Sevilya – Xetafe 0:3
Qollar: Mayoral, 5-pen. Mata, 37. Qrinvud, 80.

Valensiya – Barselona 1:1
Qollar: Gillamon, 70 – Joao Feliks, 55.

17 dekabr

17:00. Almeriya – Malyorka
19:15. Real Sosyedad – Betis
21:30. Las Palmas – Kadis
00:00. Real – Vilyarreal

18 dekabr

00:00. Jirona – Alaves

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: