Azərbaycan Kubokunda 1/8 final həyəcanı bu gün başlayır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk matç Tovuzda “Kəpəz”lə “Sabah” arasında olacaq. Daha sonra “Sumqayıt” doğma meydanda Birinci Liqa təmsilçisi “Karvan”la münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, Azərbaycan Kubokunda 1/8 final mübarizəsi bir qarşılaşmadan ibarət olacaq. Bu mərhələnin oyunlarına dekabrın 21-də yekun vurulacaq.

Azərbaycan Kuboku
1/8 final
18 dekabr

“Kəpəz” – “Sabah”
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Karvan”
“Sumqayıt Arena”, 17:00.

19 dekabr

“İrəvan” – “Araz-Naxçıvan”
Bakı. “ASK Arena”, 13:00.

“İmişli” – “Qəbələ”
Qəbələ şəhər stadionu, 16:00.

20 dekabr

“Səbail” – “Şamaxı”
“Bayıl Arena”, 14:00.

“Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu, 17:00.

21 dekabr

“Qarabağ” – MOİK
Xankəndi şəhər stadionu. 14:00

“Neftçi” – “Qaradağ Lökbatan”
Bakı. “Neftçi Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: