La Liqa: “Real” “Vilyarreal”a 4 qolla qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

“Almeriya” – “Malyorka” və “Real Sosyedad” – “Betis” oyunlarında qapılara qol vurulmayıb. “Las Palmas” – “Kadis” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Madrid “Real”ı isə “Vilyarreal”la ev oyununda darmadağına sevinib.

17-cı tura sabah keçiriləcək “Jirona” – “Alaves” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
17-ci tur
15 dekabr

Osasuna – Rayo Valyekano 1:0
Qol: Raul, 90+5.

16 dekabr

Selta – Qranada 1:0
Qol: Larsen, 20.

Atletik – Atletiko 2:0
Qollar: Quruseta, 51. N.Uilyams, 64.

Sevilya – Xetafe 0:3
Qollar: Mayoral, 5-pen. Mata, 37. Qrinvud, 80.

Valensiya – Barselona 1:1
Qollar: Gillamon, 70 – Joao Feliks, 55.

17 dekabr

Almeriya – Malyorka 0:0

Real Sosyedad – Betis 0:0

Las Palmas – Kadis 1:1
Qollar: Pexino, 7 – Ramos, 83.

Real – Vilyarreal 4:1
Qollar: Bellingem, 25. Rodriqo, 37. B.Dias, 64. Modriç, 68 – Morales, 54.

18 dekabr

00:00. Jirona – Alaves

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: