Bu gün futbol üzrə avrokubokların (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) pley-off mərhələlərinin püşkü atılacaq.
Arena.az xəbər verir ki, hər üç tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.
Əvvəlcə UEFA Çempionlar Liqasının püşkü atılacaq. Bakı vaxtı ilə 15:00-da start götürəcək tədbirdə 1/8 finalın 16 iştirakçısı qatılacaq.
Qitənin ən nüfuzlu klub turnirinin 1/8 finalında bu klublar mübarizə aparacaqlar.
Qrup qalibləri (səpələnmişlər)
Bayern (Almaniya)
Arsenal (İngiltərə)
Real (İspaniya)
Real Sosyedad (İspaniya)
Atletiko (Madrid, İspaniya)
Borussiya (Dortmund, Almaniya)
Mançester Siti (İngiltərə)
Barselona (İspaniya)
Qrup ikinciləri (səpələnməmişlər)
Kopenhagen (Danimarka)
PSV (Niderland)
Napoli (İtaliya)
İnter (İtaliya)
Latsio (İtaliya)
PSJ (Fransa)
Leypsiq (Almaniya)
Portu (Portuqaliya)
ÇL-in 1/8 final mərhələsinin püşkatması zamanı eyni qruplarda mübarizə aparmış və eyni ölkəni təmsil edən komandalar bir-birinə rəqib olmayacaqlar.
“Qarabağ”ın rəqibi hansı Avropa nəhəngi olacaq?
Daha sonra Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Bu tədbirə də Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
Avroliqanın birbaşa 1/8 finalına vəsiqə qazanmış qrup birinciləri bunlardır:
Qrup qalibləri
Vest Hem (İngiltərə)
Brayton (İngiltərə)
Reyncers (Şotlandiya)
Atalanta (İtaliya)
Liverpul (İngiltərə)
Vilyarreal (İspaniya)
Slaviya (Praqa, Çexiya)
Bayer (Almaniya)
Qrup ikinciləri (səpələnmişlər)
Frayburq (Almaniya)
Olimpik (Marsel, Fransa)
Sparta (Praqa, Çexiya)
Sportinq (Portuqaliya)
Tuluza (Fransa)
Renn (Fransa)
Roma (İtaliya)
Qarabağ (Azərbaycan)
Çempionlar Liqasından gələnlər (səpələnməmişlər)
Qalatasaray (Türkiyə)
Lans (Fransa)
Braqa (Portuqaliya)
Benfika (Portuqaliya)
Feyenoord (Niderland)
Milan (İtaliya)
Yanq Boyz (İsveçrə)
Şaxtyor (Donetsk, Ukrayna)
UEFA Çempionlar Liqasının qrup mərhələsini 3-cü pillədə başa vurmuş komandalar da mübarizəni Avroliqada davam etdirəcəklər. Püşkatmada “səpələnməmişlər” səbətində yer alacaq həmin kollektivləri Avroliqanın qrup ikinciləri (səpələnmişlər) ilə pley-off oyunları gözləyir. Qalib gələn komandalar Avroliqanın 1/8 finalında oynamaq fürsəti əldə edəcəklər. Tarixində ilk dəfə Avroliqanın pley-offunda oynamaq hüququ qazanmış Azərbaycan çempionu “Qarabağ” da “səpələnmişlər” səbətində yer alacaq.
Sonda Konfrans Liqasının püşkü atılacaq
Saat 17:00-da isə Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi başlayacaq. Avroliqada olduğu kimi, Konfrans Liqasında da qrup qalibləri birbaşa 1/8 finalda oynamaq hüququ qazanıblar. Onların arasında Türkiyə təmsilçisi “Fənərbaxça” da var:
Qrup qalibləri
Lill (Fransa)
Makkabi (Təl-Əviv, İsrail)
Viktoriya (Plzen, Çexiya)
Brügge (Belçika)
Aston Villa (İngiltərə)
Fiorentina (İtaliya)
PAOK (Yunanıstan)
Fənərbaxça (Türkiyə)
Qrup mərhələsini ikinci pillədə başa vurmuş komandaları isə 1/8 finala vəsiqə uğrunda pley-off oyunları gözləyir. Onlardan biri də Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin heyətində yer aldığı Zaqreb “Dinamo”sudur:
Qrup ikinciləri
Slovan (Bratislava, Slovakiya)
Gent (Belçika)
Dinamo (Zaqreb, Xorvatiya)
Bodo Qlimt (Norveç)
Legiya (Varşava, Polşa)
Ferentsvaroş (Macarıstan)
Ayntraxt (Frankfurt, Almaniya)
Ludoqorets (Bolqarıstan)
Avroliqanın qrup mərhələsini 3-cü pillədə başa vurmuş komandalar da mübarizəni Konfrans Liqasında davam etdirəcəklər. Bu kollektivləri məhz Konfrans Liqasının qrup ikinciləri ilə pley-off oyunları gözləyir. Püşkatmada Konfrans Liqasının qrup ikinciləri “səpələnmişlər”, Avroliqadan gələnlər isə “səpələnməmişlər” səbətində yer alacaqlar. Pley-offda qalib gələn komandalar Konfrans Liqasının 1/8 finalında oynamaq fürsəti əldə edəcəklər.
Avroliqadan gələn komandalar:
Olimpiakos (Yunanıstan)
Ayaks (Niderland)
Betis (İspaniya)
Şturm Qraz (Avstriya)
Yunion (Belçika)
Makkabi (Hayfa)
Servett (İsveçrə)
Molde (Norveç)
Xatırladaq ki, Çempionlar Liqasında 1/8 final mərhələsinə 2024-cü ilin fevral ayının 13-də start veriləcək. Avropa Liqasının və Avropa Konfrans Liqasının pley-off mərhələsinin oyunları da 2024-cü ilin fevral ayında baş tutacaq. İlk oyunlar fevralın 15-də, cavab qarşılaşmaları isə ayın 22-də baş tutacaq. Bu iki turnirin 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri həmin ayın 14-də keçiriləcək.


