“Sabah” Azərbaycan Kubokunda ilk 1/4 finalçı oldu!

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk matç Tovuzda “Kəpəz”lə “Sabah” arasında keçirilib.

Yeddi qolun qeydə alındığı bu oyunda “Sabah” çətinliklə də olsa, 1/4 finala vəsiqə qazanmağı bacarıb.

İlk oyun gününün digər qarşılaşmasında “Sumqayıt” doğma meydanda Birinci Liqa təmsilçisi “Karvan”la münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, Azərbaycan Kubokunda 1/8 final mübarizəsi bir qarşılaşmadan ibarətdir. Bu mərhələnin oyunlarına dekabrın 21-də yekun vurulacaq.

Azərbaycan Kuboku
1/8 final
18 dekabr

Kəpəz – Sabah 3:4
Qollar: Adama Niane, 36-pen; 45; 76 – Vensan Till, 14. Jesse Sekidika, 23. Emmanuel Apeh, 39.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Rauf Allahverdiyev.
Tovuz şəhər stadionu, 14:00.

Kəpəz: 96. İqor Rodriqes, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 26. Adama Niane, 91. Latir Fall, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Vladislav Vasilyuçek, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 21. Martins Junior.
Baş məşqçi: Adil Şükürov.

Sabah: 1. Yusif İmanov, 77. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 12. Vensan Till.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 4. Elvin Camalov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 14. İshak Belfodil, 7. Boyan Letiç, 3. Con İrasabal, 28. Kahim Parris, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: