La Liqa: “Jirona” “Alaves” üzərində darmadağınla zirvədə qaldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında mövsümün sürpriz komandası “Jirona” doğma meydanda “Alaves”lə üz-üzə gəlib. Bu matçdan da qalib ayrılan Kataloniya təmsilçisi zirvədəki mövqeyini qoruyub.

La Liqada 17 tura 44 xal toplamış “Jirona” hazırda vahid liderdir. Madrid “Real”ı 42 xalla ikinci, “Barselona” 35 xalla üçüncüdür. Madrid “Atletiko”su 34, Bilbao “Atletik”i 32, “Real Sosyedad” 30, “Betis” 27, “Xetafe” və “Las Palmas” 25, “Valensiya” və “Rayo Valyekano” 20, “Osasuna” 19, “Alaves” və “Vilyarreal” 16, “Malyorka” 15, “Kadis” 14, “Sevilya” 13 xal toplayıb. Son üç pillədə qərarlaşmış komandalardan “Selta”nın 13, “Qranada”nın 8, “Almeriya”nın isə 5 xalı var. “Almeriya” bu mövsüm hətta qələbə də qazana bilməyib.

İspaniya, La Liqa
17-ci tur
15 dekabr

Osasuna – Rayo Valyekano 1:0
Qol: Raul, 90+5.

16 dekabr

Selta – Qranada 1:0
Qol: Larsen, 20.

Atletik – Atletiko 2:0
Qollar: Quruseta, 51. N.Uilyams, 64.

Sevilya – Xetafe 0:3
Qollar: Mayoral, 5-pen. Mata, 37. Qrinvud, 80.

Valensiya – Barselona 1:1
Qollar: Gillamon, 70 – Joao Feliks, 55.

17 dekabr

Almeriya – Malyorka 0:0

Real Sosyedad – Betis 0:0

Las Palmas – Kadis 1:1
Qollar: Pexino, 7 – Ramos, 83.

Real – Vilyarreal 4:1
Qollar: Bellingem, 25. Rodriqo, 37. B.Dias, 64. Modriç, 68 – Morales, 54.

18 dekabr

Jirona – Alaves 3:0
Qollar: Dovbik, 23; 59. Portu, 42.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: